“Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində nəzarəti təmin etdikdən sonra ilk parlament seçkiləridir. Bu baxımdan parlament seçkiləri indiki və gələcək nəsillər üçün regional sabitlik və insan hüquqlarının müdafiəsi, həmçinin Azərbaycanın suverenliyinin qorunması üçün vacibdir”.
Bunu ABŞ-nin eksperti, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib. O qeyd edib ki, Azərbaycan son iyirmi ildə böyük iqtisadi və sənaye inkişaf yolu keçib: “Parlament seçkiləri demokratik təsisatların necə fəaliyyət göstərməsinin əsl nümunəsidir. Bakı bütün dünyaya nümayiş etdirir ki, qanunvericilik orqanlarına seçkilər suveren ölkədə çiçəklənən demokratik prosesin və azad seçkilərin qorunmasının açarıdır. Demokratik prinsiplər, dini tolerantlıq və multikulturalizm Azərbaycanın çiçəklənən bir dövlət kimi formalaşması üçün əsas amillərdir”.
XQ