Yuri Laqunin: Parlament seçkiləri Azərbaycanda sabitliyin göstəricisidir

post-img

“Azərbaycan Qafqazda sabitlik adasına çevrilir. Parlament seçkisi bu statusu bir daha təsdiq edir. Milli Məclisə seçkilər imkan verir ki, yeni nəsil siyasətçilər özlərini ifadə etsinlər. Azərbaycanın və bütün regionun inkişafına töhfə versinlər”.

Bunu israilli ictimai xadim, “News Wall Israel” qəzetinin redaktoru Yuri Laqunin “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan yeni dövrə qədəm qoyur. Seçkilər bu dövrdə hakimiyyətin legitimliyini nümayiş etdirəcək: “Vətəndaşın iradəsi ilə formalaşan dövlətin gələcəyi həmişə müsbət dinamikaya malik olur. Hökumətin və vətəndaş cəmiyyətinin sabitliyi iqtisadi inkişaf üçün əsasdır. Harada ki, təlatümlər, iğtişaşlar yoxdur, oraya mütləq şəkildə maliyyə və investisiyalar axır. Bu, aksiomdur. Seçkilər buna əla zəmanətdir. Təbii ki, bu, həm də dövlət üçün böyük məsuliyyətdir. Amma əminəm ki, Azərbaycan bunun öhdəsindən çox yaxşı gələcək”.

XQ

 

Son xəbərlər