1900 nəfər treninqlərə cəlb edilib

post-img

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 1 saylı Şərur - Sədərək, 2 saylı Şərur - Kəngərli, 3 saylı Babək - Şahbuz -Kəngərli, 4 saylı Naxçıvan şəhər,  5 saylı Babək - Naxçıvan – Culfa və 6 saylı Ordubad – Culfa seçki dairələrində məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlərə start verilib. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Treninqlərdə MSK tərəfindən hazırlanan slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və digər məsələlərlə bağlı ətraflı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilib.

Tədbirdə çıxış edən 1 saylı Şərur - Sədərək seçki dairəsinin sədri Niyaz Əsgərov, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin sədri Taməddin Hüseynov yerli komissiya üzvlərinin maarifləndirilməsi işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.   

Diskussiya şəklində təşkil olunan və 1900 nəfərin cəlb edildiyi treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılır. 

XQ

 

Son xəbərlər