“Budəfəki parlament seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Baxmayaraq ki, yay fəslinə təsadüf edir, insanların çoxu istirahətdədir. Amma seçkilərin Qarabağda da keçirilməsi yay fəslini də unutdurur”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında tanınmış yazıçı Seyran Səxavət bildirib.
O əlavə edib ki, sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə seçkilərin bütün ölkəni əhatə etməsi, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsi çox möhtəşəm hadisədir: “Çünki bu, müstəqilliyimizin bərpasından sonra bir ilkdir. Keçirdiyim iftixar hissim, ən böyük duyğum da bununla bağlıdır”.