Medianın İnkişafı Agentliyində müzakirə

post-img

Medianın İnkişafı Agentliyində (MİA) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Görüşdə MİA-nın icraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb. 

Görüşdə, həmçinin 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərdə medianin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb.

Son xəbərlər