Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb. Bu yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq ayrılıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı dərc olunub.
Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq. Təşviqat prosesi avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
XQ