“Müşahidəçilər üçün yaddaş” kitabçası

post-img

Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçasını çap etdirib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-nın maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.

Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasının əsas məqsədi Milli Məclisə seçkiləri izləyəcək yerli və xarici müşahidəçiləri məlumatlandırmaq, onların sərbəst fəaliyyətini daha da təkmilləşdirmək, eləcə də əyani-metodiki kömək göstərməkdir.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin müvafiq müddəa və anlayışlarının izahı verilməklə yanaşı, seçki məntəqələrində müşahidə aparılmasının prinsipləri, həmçinin müşahidəçilərin hüquq və vəzifələri öz əksini tapıb.

Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.

“Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

XQ

 

Son xəbərlər