Paris Olimpiadası zamanı Cənubi Sudanın idman nazirinin müavini oğurluqla üzləşib. İçərisində 35 min dollar, sənədlər və zinət əşyaları olan çanta oğurlanıb.
Fransa polisi içərisində sənədlərin olduğu çantanı tapsa da, zinət əşyaları və pul aşkarlamayıb.
Bundan əvvəl Paris Yay Olimpiya Oyunlarının iştirakçılarına qarşı silsilə oğurluq halları baş verib. Yapon reqbiçinin nikah üzüyü və 3 min avrosu itib. Avstraliya komandasının məşqçisinin bank kartı oğurlanıb və ondan 900 avro çıxarılıb. İndoneziyanın isə badminton üzrə Olimpiya komandasının əməkdaşı Arman Darmaciyə məxsus çanta avtomobildən oğurlanıb. Cinayətkarlar pul, kredit kartı və pasportu götürüblər.