İlk 5 qat olimpiya çempionu

post-img

Kubalı yunan-Roma güləşçisi Mixain Lopez Nunes ardıcıl 5 olimpiadada qızıl medal qazanan ilk güləşçi kimi tarixə düşüb. 

130 kiloqram çəki dərəcəsində çıxış edən 42 yaşlı əfsanəvi güləşçi 5-ci Olimpiya çempionluğunu Paris Olimpiadasında çilili Yasmani Akosta Fernandesi 6:0 hesabı ilə məğlub etməklə əldə edib. 

O, daha əvvəl “Pekin-2008”, “London-2012”, “Rio-2016” və “Tokio-2020”də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdman