Abşeronda – külək, Aranda – isti, dağlarda – yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Gecə 21-26°, gündüz 30-34° isti olacaq. 

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36°, dağlarda gecə 12-16°, gündüz 18-23° isti olacaq. 

Q. QASIMOV 
XQ

 

Ekologiya