Qadın güləşçi finalda cəzalandırıldı

post-img

Paris Olimpiadasının qadın güləşi üzrə finalçısı, hindistanlı Vineş Phoqat (50 kq) diskvalifikasiya edilib.

Hindistanın olimpiya komandasının rəsmi “X” hesabında məlumatına görə, idmançı 100 qram artıq çəkiyə görə cəzalandırılıb. Bununla da, onun finaldakı rəqibi, ABŞ güləşçisi Sara Hildebrandta qızıl medal veriləcək. Bu çəkidə gümüş mükafat olmayacaq.

Xatırladaq ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də çıxış edib. 1/4 final mərhələsində məğlub olan titullu idmançı yarışı medalsız başa vurub.

 

İdman