Olimpiya çempionları – Dünya reytinqinin lideri Hidayət Heydərov (73 kq) və öz çəkisinin 1-cisi Zelim Kotsoyev (100 kq) Avropa cüdoçularının sıralamasında da liderliklərini möhkəmləndiriblər.
Avropa reytinqində 7 çəki üzrə cəmi 4 ölkə təmsilçisi yer alıb. Azərbaycanla yanaşı, Gürcüstan və Fransanın da hərəyə 2 idmançısı zirvədədir. Gürcülər Tato Qriqalaşvili (81 kq) və Laşa Bekauri (90 kq), fransalılar cüdo əfsanəsi Teddi Riner (+100 kq) və Luka Mheidze (60 kq) ilk yerləri tuturlar.
Moldovalı Denis Vieru (66 kq) da öz çəkisində Avropa reytinqinin ən yüksək pilləsində qərarlaşıb.