Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi “İnstaqram” hesabında yazıb:
– Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm.
92 kq çəki dərəcəsində mübarizə aparan idmançı turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladaraq deyib:
–Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşamağa imkan verdi. Azərbaycan xalqına təşəkkürümü bildirirəm, məni öz oğulları kimi qarşıladılar və olimpiadada çıxış etməyə şans yaratdılar.
Xatırladaq ki, Alfonso Dominqes qızıl medal uğrunda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla döyüşəcək. Görüş avqustun 10-da Bakı vaxtı ilə saat 00:34-də başlayacaq.
Alfonso, qızılı əldən vermə!