Qazaxın Qızılhacılı kəndində mina partlayışı

post-img

ANAMA-nın əməkdaşları və DSX-nin hərbi qulluqçusu xəsarət alıb

Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib. Bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, avqust ayının 2-də Azər­baycan-Ermənistan sərhədinin delimi­tasiyası ilə bağlı bu il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırıl­mış minalar partlayıb.

Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyələrindən xəsarət alıblar.

Agentliyin əməkdaşları Ələkbərov El­çin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırı­lıblar. Həyatları üçün təhlükə yoxdur.

Hazırda Şəmkir Hərbi Prokurorluğu­nun və Qazax Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-krimina­listin iştirakı ilə hadisə yeri müayinə olu­nur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

XQ

Son xəbərlər