Azərbaycan – Pakistan: strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib

post-img

İyulun 30-da xarici işlər naziri Ceyhun Bayramov Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Qasım Mohiuddinlə görüşüb.

Görüşdə səfir etimadnaməsinin surəti­ni nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Azərbaycan Prezidentinin Pakistana son rəsmi səfə­ri zamanı əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planlar müzakirə edilib.

Tərəflər iki dost və qardaş ölkə ara­sında strateji əməkdaşlıq əlaqələrini yük­sək qiymətləndirib, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zə­ruriliyini vurğulayıblar.

Görüşdə BMT-nin İqlim Dəyişmələ­ri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çər­çivəsində iki ölkə arasında yüksək səviy­yəli təmaslar üçün əlavə imkanın yarandığı bildirilib.

Son xəbərlər