25 kiloqramdan artıq narkotik vasitə götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də ümumi çəkisi 25,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 15 ədəd metadon həbi və 52 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Y.Xalıqovu saxlayıblar. Ondan külli miqdarda heroin və metamfetamin aşkar edilib. Onun yaşadığı evdən əlavə heroin, metamfetamin, tiryək, marixuana və metadon həbləri aşkar olunaraq götürülüb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları saxlanılan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Qasımovdan metamfetamin aşkar olunaraq götürülüb. Onun evinə baxış zamanı oradan əlavə 690 qram heroin və elektron tərəzi götürülüb. 

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları isə Qarabörk kəndində meşəlik sahədə kənd sakini M.Qarayevin kultivasiya yolu ilə yetişdirdiyi 43 ədəd çətənə kolu aşkar ediblər. Onun evindən də əlavə marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

XQ

 

Son xəbərlər