Qanunsuz saxlanılan odlu silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

İyulun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 7 tüfəng, 2 patron darağı və 45 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.

 

XQ

 

Son xəbərlər