İyulun 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və müşahidə missiyasının digər üzvləri arasında onlayn formatda görüş keçirilib.
Görüşdə İvan Muşket müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib, missiyanın işini dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama, obyektivlik və qərəzsizlik prinsipləri, həmçinin MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiya əsasında qurduğunu deyib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Tədbirlər Planı əsasında görülmüş və nəzərdə tutulan işlər barədə də məlumat verib.