“Polis əməkdaşları üçün yaddaş kitabçası”

post-img

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.

Qurumlararası əməkdaşlıq çərçivə­sində gerçəkləşdirilən layihə Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib. Nəşrdə Milli Məclisə seçkilərin hazırlan­ması və keçirilməsi dövründə, seçkiqa­bağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proses­lərində polis əməkdaşlarının qanunverici­liklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirə­cəyi tədbirlər ətraflı izah olunub.

Azərbaycan Respublikasının Konsti­tusiyası, Seçki Məcəlləsi, “Polis haqqın­da” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasın­da tərtib olunan kitabça polis əməkdaşla­rının istifadəsi üçün nəzərdə tutulub.

Son xəbərlər