Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 125 seçki dairəsi üzrə 6545 seçki məntəqəsində səsvermə təşkil olunacaq.
***
İşğaldan azad olunmuş ərazilərdə daha 8 seçki məntəqəsi yaradılıb.
***
Son məlumatlara görə, seçki hüququna mailk Azərbaycan vətəndaşlarının sayı 6 milyon 334 min 444 nəfərdir.
***
Bugünədək 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.
***
İşğaldan azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi tam formalaşdırılıb.
***
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
***
Namizədliyini irəli sürənlərdən 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb.
***
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 16 nəfərin namizədliyi qeydə alınıb.
***
Bugünədək 480 yerli müşahidəçi qeydə alınıb. Onlardan 344 nəfəri öz təşəbbüsü, 10 nəfəri QHT xətti ilə, 126 nəfəri isə xüsusi icazə almış müşahidəçilərdir.
***
MSK tərəfindən 6 milyon 516 min 567 bildirişin capı nəzərdə tutulub.
***
Seçkilərdə iştirak etmək üçün 26 siyasi partiyadan 25-i MSK-ya müraciət edib. 23 siyasi partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq MSK-da qeydiyyatdan keçib.
***
Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib.
Əliqismət BƏDƏLOV
XQ