Moldova portalı Qlobal Media Forumundan yazdı

post-img

Moldovanın “Noi.md” xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına ətraflı cavabları, panel iclaslar haqqında geniş məqalə dərc edilib.

Yazıda dövlətimizin başçısının Ermənistanla münasibətlər, Azər­baycanın Avropanın enerji təchizatında rolu, qaz ixracının artırılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev Ukrayna və Av­ropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlan­masına kömək göstərməyi xahiş etdiyini vurğulayıb.

Yazıda, həmçinin qeyd olunur ki, Prezident İlham Əliyev Azərbay­can və Ermənistan arasında hazırda üzərində iş aparılan sülh sazişinin mətninin 80-90 faiz razılaşdırıldığını bəyan edib. Ermənistan qeyd-şərt­lərini və qondarma “Dağlıq Qarabağ”la bağlı bütün terminologiyanı geri götürmək məcburiyyətində qalıb ki, bu da normallaşmaya yol açıb. Azərbaycan Prezidenti sülh prosesinin uğurla nəticələnməsi üçün Er­mənistanın iki şərti - Minsk qrupunun ləğvi üçün Azərbaycanla birlikdə ATƏT-ə birgə müraciət etməsinin və Ermənistan konstitusiyasında də­yişiklik olunmasının vacibliyini diqqətə çatdırdığı vurğulanıb.

Materialda, eyni zamanda, oxucuların diqqətinə çatdırılıb ki, panel iclaslarda dezinformasiya mövzusunda bəzi mətləblərə aydınlıq gəti­rilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla yazılıb ki, dezinformasiya yeni hadisə deyil. İnfor­masiya çox güclü bir vasitədir, lakin onun necə istifadə olunduğu bö­yük sualdır. Ən təhlükəlisi odur ki, dezinformasiya Azərbaycan xalqına qarşı manipulyasiya və psixoloji müharibə vasitəsinə çevrilib. Dezin­formasiya müəyyən qrupların məqsədlərinə çatmaq üçün vasitə ola və müharibələrə səbəb ola bilər, dezinformasiyanın əsas qurbanları isə media və jurnalistlərdir.

Son xəbərlər