Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcəklər

post-img

Qazaxıstanın “Açıq hüquqi şəxslər” portalında bu ölkənin və Azərbaycanın hökumətləri arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Sazişi təsdiq edən qərar layihəsi dərc edilib.

Layihəyə əsasən, tərəflər aşağıdakı əməkdaşlıq formaları barədə razılığa gə­liblər: 

1) səlahiyyətli orqan rəhbərlərinin rəs­mi səfərləri və ekspertlərin işçi görüşləri; 2) müdafiə sahəsində aşağıdakı tematik istiqamətlər üzrə hərbi kəşfiyyat məlu­matlarının qarşılıqlı mübadiləsi - terrorçu və ekstremist təşkilatlar, qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr; 

3) dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq, səlahiyyətli orqanların şəx­si heyəti üçün ölkələrin ərazilərində birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi; 4) əməkdaşlığın digər formaları.

Sənəddə bildirilir ki, məxfi məlumat­ların mübadiləsi, istifadəsi və mühafizəsi onların qarşılıqlı mühafizəsi haqqında ay­rıca beynəlxalq müqavilə əsasında həya­ta keçirilir.

Tərəflər Saziş çərçivəsində əməkdaş­lıq zamanı əldə etdikləri məlumatlardan bu məlumatı verən tərəfin zərərinə istifa­də etmirlər.

Sənəddə deyilir: “İmzalanmış Saziş çərçivəsində ölkələrin mübadilə edəcəyi məlumat müvafiq məlumatı verən tərəfin yazılı razılığı olmadan açıqlana, verilə və ya üçüncü tərəfə ötürülə bilməz”.

Sazişin qüvvədə olma müddəti 5 ildir.

Son xəbərlər