Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları birgə tədbir keçiriblər.
Yevlaxda yerləşən hərbi hissələrdən birində təşkil edilən tədbirdə general-mayor Bilal Çompuzov, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev, ədliyyə müşaviri İsmayıl Əliyev, Tərtər hərbi prokuroru Emin Vəliyev və başqaları çıxış edərək Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər.
Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.
Sonda birgə ağaclar əkilib.
XQ