Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 22-də ümumi çəkisi 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2,4 kiloqrama yaxın heroin, 5,3 kiloqram marixuana, 4,3 kiloqramdan artıq metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 93  ədəd çətənə kolundan ibarət olub. 

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Cüvə kənd sakini R.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu, evinə baxış zamanı isə marixuana aşkar olunaraq götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər