“Birləşdik – 2024” qardaşlıq təlimi

post-img

“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi çərçivəsində “Бағдар” taktiki səmti müəyyənetmə, atıcılıq və bir sıra idman növləri üzrə yarışlar, həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə digər tədbirlər təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən verilən məlumata görə, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Ta­cikistan və Özbəkistan respublikalarının hərbi qulluqçuları güclərini sınayıblar.

Yarışların nəticəsinə əsasən, qalib­lərə kuboklar, medallar, Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Sonda təlim iştirakçıları üçün konsert proqramı təşkil edilib.

XQ

Son xəbərlər