Bakı Şəhər Prokurorluğu birinci yarımildə

post-img

Dünən Bakı şəhərinin prokurorluq orqanlarının bu ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Qeyd olunub ki, bu ilin birinci yarısında Bakının prokuror­luq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,6 faizinin açılması təmin olu­nub.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların ara­dan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirib­lər.

Müşavirəyə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini təmin edəcəklərinə əminliyini bildirib. 

XQ

Son xəbərlər