Klassik avtomobillərin yürüşü keçiriləcək

post-img

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə avqustun 25-də paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək. 

Ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edəcək. Bunun üçün klassik avtomobil sa­hibləri avqustun 15-dək AAF-ın elektron ün­vanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciət etməklə qeydiyyatdan keçə bilər. 

Yürüşdən əvvəl Dənizkənarı Milli Park­da klassik avtomobillərin sərgisi təşkil olu­nacaq. Dənizkənarı Milli Park – Heydər Əliyev Mərkəzi – “Dreamland Golf Club” marşrutu üzrə yürüşdə AAF-da qeydiyyat­dan keçən avtomobillərlə yanaşı, Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək. Müxtəlif illərdə və ölkələrdə isteh­sal olunan bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edəcək.

Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçi­riləcək. Hər kəs bu avtomobillərin qarşısın­da gözəl foto çəkdirmək, klassik avtomobil­lərin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaq. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktori­nalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək. 

XQ

Son xəbərlər