İdarələrarası Mərkəzin İqtisadi işçi qrupunun iclası

post-img

Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən iqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Iqtisadiyyat nazirinin birinci müavini, işçi qrupun rəhbəri Elnur Əliyev dövlət başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin inkişa­fı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa və quruculuq tədbir­lərinin, o cümlədən infrastruktur layihələ­rinin icra olunduğunu qeyd edib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə iqti­sadi canlanmanın sürətləndirilməsi və in­vestisiya cəlbediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və göm­rük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişlən­dirilməsi, sosial sığorta haqlarının subsi­diyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyulu­şunu artıracaqdır. Qeyd edilib ki, stimul­laşdırıcı alətlər və güzəştlər Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı na­minə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabi­liyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcək. 

Xankəndi şəhərində, Ağdərə və Xo­calı rayonlarında Prezidentin xüsusi nü­mayəndəsi Elçin Yusubov yaşayış məs­kənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilmə­si prosesi barədə məlumat verib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sa­hibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. 

Tədbirdə işçi qrupun digər üzvləri tərəfindən təmsil etdikləri qurumların iş­ğaldan azad edilmiş ərazilərimizin iqtisa­di reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə məlumatlar təqdim olunub.

XQ

Son xəbərlər