Tbilisidə COP29 seminarı

post-img

Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin müəllim və tələbələri Tbilisinin Nəbatat bağında açıq səma altında 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasına – COP29-a həsr olunmuş seminar keçiriblər.

Gənclər əvvəlcə Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhu­riyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, eləcə də maarifçi, şair, ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi M.F.Axundzadənin xatirə­sini anıblar.

Tələbələr təbibin ad günü ilə əlaqədar maraqlı kompozisiya nümayiş etdiriblər.

Sonra mərkəzin müəllim və tələbələri Botanika bağında salınmış Heydər Əliyev adına xatirə bağında olublar. Bildirilib ki, Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı Səfirliyi­nin təşəbbüsü ilə burada 100 ədəd nar ağacı əkilib. Bu ağacların əkilməsi Azər­baycan dövlətinin qonşu Gürcüstanda da ekologiya və ətraf mühitin mühafizəsinə töhfəsi kimi qiymətləndirilib.

Mərkəzin icraçı direktoru Rəna Hü­seynova Azərbaycan dövlətinin ekologi­ya, ətraf mühitin mühafizəsi ilə gördüyü işlər, COP29 barədə ətraflı məlumat verib. Bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransı COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın müxtə­lif ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının ara­dan qaldırılması istiqamətində birgə səy­lər göstərmək üçün çağırışlar edirlər.

XQ

Son xəbərlər