R.Beqlaryan 15 il azadlıqdan məhrum edildi

post-img

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryan 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süley­manovun sədrliyi ilə keçirilən məhkəmə icla­sında elan edilib.

Məhkəmədə Raşid Beqlaryanın hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, hadisəni törədərkən anlaqlı olduğu hesab edilib. Məc­buri müalicəyə ehtiyac olmadığı bildirilib.

Həmçinin, cinayət işinin materialları elan edilib. Məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Təqsirləndirilən şəxs məhkəmə istintaqının tamamlanmasına etiraz etməyib.

Daha sonra dövlət ittihamçısı R.Beqlarya­nın 17 il azadlıqdan məhrum edilməsini istə­yib.

Zərərçəkmiş şəxs Hüseynov Əkbər Hü­seyn oğlu çıxış edərək təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş edib: "Əsgər yoldaşımı öldürüb, qanını mənə içiriblər”.

Məhkəmə müşavirəyə yollandıqdan sonra hökm elan edilib. Hökmə əsasən, R.Beqlar­yan 15 il müddətinə azadlıqdan məhrum edi­lib.

Qeyd edilib ki, o, cəzasının 5 ilini ümumi rejimli həbsxanada, yerdə qalan hissəni isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkə­cək.

XQ

Son xəbərlər