Sabitlik davamlı, asayiş təminatlıdır

post-img

6 ayda törədilmiş cinayətlərin 90,7 faizi açılıb

İyulun 12-də Daxili İşlər Nazirliyin­də (DİN) 2024-cü ilin 6 ayında əmə­liyyat-xidməti fəaliyyətin yekun­larına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası ke­çirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, iclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nə­ticələrin əldə edildiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlər­də asayişin və təhlükəsizliyin etibarlı tə­min olunduğunu, eyni zamanda, qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçiril­məsinin vacibliyini nəzərə çatdırıb. 

İclasın gündəliyinə uyğun olaraq he­sabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib. 

Qeyd olunub ki, ötən 6 ayda əməliy­yat-axtarış və istintaq fəaliyyətinin sub­yekti olan bütün dövlət qurumları üzrə 18 min 518 cinayət qeydə alınıb, onla­rın 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qayda­da araşdırılan hüquqazidd əməllər olub. 2023-cü ilin analoji dövrü ilə müqayisə­də ağır və xüsusilə ağır cinayətlər 21,7, mülkiyyət əleyhinə olanlar 11,4, oğurluq­lar 38,9, quldurluqlar 10,3, soyğunçuluq­lar 41,3, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4, əvvəllər məhkum olun­muş şəxslər tərəfindən törədilənlər 3,9 faiz azalıb. 

Həyata keçirilmiş istintaq hərəkət­ləri və əməliyyat tədbirləri ilə cinayətlə­rin 90,7 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, görülmüş operativ cavab tədbirləri ilə 2 min 314 cinayət açılıb, 4 min 407 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79 faizi tutulub, 5 min 53 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb. 

Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilib, qa­nunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. 

Vətəndaşların qəbulu və müraciət­lərinə baxılması sahəsində mühüm vəzifələrin icrasının davamlı nəzarət­də olduğu, bu baxımdan mediada qa­baqcadan məlumat verilməklə 2 min 764 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb. 

Kollegiya iclasına yekun vuran na­zir Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə inkişaf etdirildiyini qeyd edib, eyni zamanda, profilaktik tədbirlərin, kadr hazırlığı işinin, təhsil və təlim pro­sesinin təkmilləşdirilməsinin zəruriliyinə diqqət çəkərək müvafiq tapşırıqlar verib.

Vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin müəyyənləşdirdiyiəsas vəzifələrdən olduğunu vurğula­yaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsin­də vurulmuş maddi ziyanın ödətdirilmə­si, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. 

Narkotiklərlə mübarizənin vəziy­yətinə də toxunaraq son illər müvafiq sahədə əldə olunmuş müsbət nəti­cələrdə vətəndaşların fəal rolunu və mövqeyini yüksək qiymətləndirib, ha­belə polis-vətəndaş münasibətlərinin ef­fektivliyinin, özünü, daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında, o cümlədən narkotik vasitələrin qanunsuz dövriy­yədən çıxarılmasının artım tempində göstərməsindən, xüsusən vətəndaşların günbəgün artan köməkliklərindən məm­nunluq ifadə edib. 

İnsan haqlarının müdafiəsinə xid­mət edən və cəmiyyətə fayda gətirən bu münasibətdən daha böyük gözləntilə­rin olduğunu vurğulayan nazir davamlı dəstəyə görə hər bir vətəndaşa təşəkkü­rünü bildirib, eləcə də qarşılıqlı əlaqələ­rin cəmiyyətdə sabitliyin və təhlükəsizli­yin qorunub saxlanılması naminə inkişaf etdirilməsi üzrə polisin konkret vəzifələ­rini müəyyən edib. 

Həmçinin yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında nəzərəçarpan azalmanın qeydə alın­dığını bildirərək dövlətin gələcəyi olan gənclərin bəzi sosial şəbəkə seqmentlə­rində yayımlanan zərərli informasiyala­rın təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi is­tiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib. 

Ölkədə aparılan antinarkotik təbliğa­tın gücləndirilməsini, əməliyyat-xidməti fəaliyyətin narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulma­sını, respublikanın təhsil müəssisələrin­də həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yük­səkixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, va­lideynlərdən gələn hər bir aidiyyəti siq­nala çevik reaksiya verilməsini tapşırıb. 

Çıxışında gənclərin Polis Akademi­yasında təhsilə təşviq edilməsi sahəsin­də son bir neçə ildə tətbiq olunan yeni­likləri, xüsusən Elm və Təhsil Nazirliyi ilə birgə yaradılmış işçi qrupun fəaliyyətini dəyərləndirən nazir dövlət səviyyəsində keçirilən imtahanlarda yüksək nəticələr göstərən, polis peşəsini sevən və fizi­ki hazırlıqlı abituriyentlərin hər tədris dövründə artdığını, bu işin müasir polis əməkdaşının hazırlanmasında əhəmiy­yətli rolunu təqdir edib, müvafiq tədbirlə­rin sistemli və əlaqəli davam etdirilməsi üçün nazirliyin aidiyyəti qurumlarına la­zımi göstərişlər verib. 

Prokurorluq orqanları ilə sıx qarşılıq­lı əlaqəda həyata keçirilən tədbirlərin də önəmli nəticələr verdiyini, vətəndaşların qanuni mənafelərinin qorunmasına və qanunçuluğun möhkəmlənməsinə xid­mət etdiyini, o cümlədən cinayətlərin, onların ağır və xüsusilə ağır növlərinin azaldığını, açılması və istintaqı sahəsin­də əhəmiyyətli irəliləyişlərin əldə olun­duğunu vurğulayıb. 

Eyni zamanda, əvvəllər məhkum olunmuş şəxslər və qrup halında törə­dilən cinayətlərin azalmasına diqqət çəkərək bu sahədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə görülən işlərin səmərəli nəticələrini yüksək qiy­mətləndirib. 

Yekunda general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstər­diyi diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimada görə Prezident İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizə­si, vətəndaşların qanuni mənafelərinin və hüquq qaydasının qorunması sahə­sində vəzifələr tam və layiqincə yerinə yetiriləcək.

XQ

Son xəbərlər