Milli Məclisin Sədri BRICS ölkələrinin Parlament Forumunda

post-img

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işğüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun plenar iclasında iştirak edib. 

Forumda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin parlament plat­formasında əməkdaşlığın əhəmiyyəti, BRICS-ə üzv ölkələr arasında əməkdaş­lıq məsələləri barədə fikirlərini bildirib.

Milli Məclisin Sədri Sahibə Qafarova məclisdə çıxış edərək Parlament Foru­munun dialoq və əməkdaşlıq üçün mü­hüm platforma olduğunu söyləyib. Spiker qeyd edib ki, beynəlxalq qaydalara əməl edilməməsi, ikili standartların və selektiv yanaşmanın nümayişi, bəzi dövlətlərin maraqlarının üstünlük təşkil etməsi dün­yanı parçalamış və beynəlxalq dincliyi pozmuşdur. Parlament təşkilatları Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının timsalında müəyyən qrupların maraqlarının oyun meydanı­na, təzyiq və ikili standart alətinə çevril­məməlidir. 

Azərbaycan parlamentinin rəhbəri daha sonra bildirib ki, Fransa Cənubi Qa­fafqazı qarşıdurma və özünün neokoloni­al təcrübəli meydanına çevirməyə çalışır. Bu ölkə müxtəlif bəhanələrlə regional di­namikaya müdaxilə etməyə çalışır. 

Spiker Bakıda keçiriləcək COP29 haqqnda məlumat verib, Milli Məclisin Parlamentlərarası İtifaqla birlikdə bu mövzuba içlas keçirəcəyini bildirib.

Plenar sessiyada Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson Azərbay­canla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. O, ölkəmizin Qoşulamama Hərəkatı Par­lament Şəbəkəsinə uğurlu sədrliyini təq­dir edib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər