Blinkenin üçtərəfli görüş açıqlaması

post-img

ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. 

Bu barədə ABŞ Dövlət Departamen­tinin yaydığı məlumatda deyilir. Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və la­yiqli sülh sazişi istiqamətində əldə olun­muş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndi­rib. Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olun­masının vacibliyini qeyd edib.

XQ

Siyasət