Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.
XQ-nin məlumatına görə, hərbçimiz Vətən müharibəsində iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şuşanın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə" medalları ilə təltif olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!