Xətai və Yasamal RİH başçılarına xəbərdarlıq edilib

post-img

Bakı Şəhər İcra Ha­kimiyyətində paytaxt rayon icra hakimiy­yətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. 

Toplantıda bir sıra məsələlər, o cümlədən son vaxtlar paytaxtda aparılan ge­nişmiqyaslı təmir-abadlıq işlə­ri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürət­ləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud ha­sarların vəziyyətinin qeyri-qə­naətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçı­larına ciddi xəbərdarlıq edilib, qısa müddət ərzində bu sahə­də dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Şəhərdə aparılan yaşıl­laşdırma işlərinin vəziyyəti də müzakirə edilib. Məsul şəxs­lərə yaşıllıq zonalarının artırıl­ması, görülən işlərin daha da genişləndirilməsi, əkilən hə­mişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb. 

XQ

Son xəbərlər