Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və BRICS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün iyulun 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova BRICS Parlament Forumunun plenar və MDB PA-nın Şura iclaslarında iştirak edəcək.
XQ