Audiovizual Şuranın növbəti iclası

post-img

Əvvəlcə audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib. Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla, ümumilikdə 5 lisenziya verilib.

Sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticə­sində müstəsna yayım hüququ­nun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirəyə çıxarılıb. Monitorinqlər nəticə­sində "ATV" televiziya redak­siyasının (kanalının) efirində aprelin 18-də saat 05:29-06:38 aralığında, "ARB" televiziya redaksiyasının (kanalının) efirində ma­yın 21-də saat 03:05-04:33 aralığında, "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində iyunun 13-də saat 18:25-19:29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna ya­yım hüququ digər audiovizual yayım­çıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlan­ması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə sax­lanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının ("ARB 24" MMC-nin "ARB" kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "ATV" kanalının və "RTV" MMC-nin "ARB Günəş" kana­lının) proqramlarının yayımının iyulun 11-də 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər