Dünən axşam saatlarında İrəvanda hakim “Vətəndaş müqaviləsi” partiyasının Erebuni 33 ünvanındakı ofisinin yaxınlığında atışma olub.
Bu barədə Ermənistan mətbuatında İrəvan Polis İdarəsinə istinadla yayılan məlumatda bildirilib ki, atışma nəticəsində 27 yaşlı İrəvan sakini İ.Harutyun güllə yarası alıb. O, Erebuni tibb mərkəzinə yerləşdirilib. Odlu silahdan atəş açan şəxs isə “Nor Areşen” restoranının sahibinin oğlu Q.Armen olub və o, saxlanılıb.
Hadisənin səbəbi barədə məlumat verilməyib, siyasi motivin olması istisna edilmir.
XQ