Baş prokuror Lerikdə qəbul keçirib

post-img

Dünən Baş prokuror Kamran Əliyev Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran, Astara rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 32 nəfər vətəndaşın müraciətin­də konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayət­lər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli müba­hisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş ke­çirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətən­daşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

XQ

Son xəbərlər