Pul və qızıl oğruları ələ keçiriliblər

post-img

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birində satıcının çantasından 1300 manat dəyərində qızıl üzük, sənəd və bank kartlarını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. 

Məlumatı DİN mətbuat xidməti verib. 

İyulun 2-də Səbail rayonu ərazisindəki bankomatdan bir nəfərin 551 manatı oğurlanıb. Səbail RPİ 41-ci bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən H.Məmmədov saxlanılıb. 

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşları isə rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Hüseynzadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat