DTX Akademiyasında növbəti buraxılış

post-img

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiya­sında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, akademiyanın pro­fessor-müəllim heyəti və valideynlər iştirak etmişlər.

Öncə Ulu öndər Heydər Əliyevin Aka­demiyanın ərazisində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri dü­zülmüşdür. Daha sonra Azərbaycan Res­publikasının ərazi bütövlüyü və müstəqil­liyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edil­mişdir.

Təntənəli tədbir məzunlara diplomla­rın təqdim olunması mərasimi ilə davam etmiş, ardınca DTX-nin rəisi, general-pol­kovnik Əli Nağıyev giriş nitqi ilə çıxış et­mişdir.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əli­yevin adını daşıyan akademiyada təhsil­lərini uğurla başa vurmaları ilə bağlı mə­zunlara təbriklərini çatdıran Xidmət rəisi DTX-nin gələcək zabit əməkdaşlarının Vətənə və xalqa dönməz sədaqətlə xid­mət edəcəklərinə, dövlətimizin təhlükə­sizliyinin keşiyində hər zaman ayıq-sa­yıq duracaqlarına, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz səyləri nəticəsində müasir çağırışlara uyğun formalaşdırılmış milli təhlükəsizlik konsepsiyasının müvəf­fəqiyyətlə reallaşdırılması istiqamətində üzərilərinə düşən vəzifələri layiqincə ye­rinə yetirəcəklərinə, ölkənin təhlükəsizliyi­nin etibarlı təminatı naminə var qüvvə ilə çalışacaqlarına inamını ifadə etmişdir.

General-polkovnik Əli Nağıyev bildir­mişdir ki, yüksəkixtisaslı kadrlarla komp­lektləşdirilmiş və maddi-texniki bazası da­vamlı yenilənən akademiyada keyfiyyətli təhsil alınması üçün tədris prosesi ilbəil təkmilləşdirilir, xüsusi təyinatlı təhsil müəs­sisəsinin infrastrukturu çağdaş tələblərə uyğun şəkildə yenidən qurulur. Sadalanan amillərlə yanaşı, akademiyada kursant adına yiyələnmək istəyənlər arasında cid­di seçim aparılır, bu proses çərçivəsində yalnız qənaətbəxş səviyyədə bilik və baca­rıqları olan, gələcəyi böyük potensial vəd edən gənclərə üstünlük verilir. Son illərdə görülən bu məqsədyönlü tədbirlərin nəti­cəsidir ki, yüksək bal toplayaraq akademi­yaya daxil olan kursantların sayı hər ötən il daha da artır və onlar respublika üzrə keçirilən müxtəlif bilik yarışlarında birincilik qazanırlar.

Tədbirin digər çıxışçıları kursantla­rın peşəkar zabit kimi yetişmələri üçün Akademiyada yaradılan hərtərəfli şəraitə görə DTX-nin və akademiyanın rəhbərli­yinə minnətdarlıq etmiş, övladlarının döv­lətimizə təhlükəsizlik orqanı əməkdaşı kimi xidmət edəcəklərinə görə qürur və şərəf hissi keçirdiklərini bildirmişlər. 

Sonda xatirə fotoşəkli çəkdirilmişdir.

XQ



Son xəbərlər