COP29-un media portalı

post-img

Media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platformasının fəaliyyətinə start verilib.

2 iyul tarixindən etibarən portal va­sitəsilə dünyanın hər yerindən media nü­mayəndələri UNFCCC Katibliyinə akkre­ditasiya üçün müraciət edə bilərlər.

COP29 konfransı media nümayən­dələri üçün planetimizin gələcəyini for­malaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictima­iyyətinə çatdırmağa unikal imkan yarada­caq. Belə ki, COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulmuş peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə et­məklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə et­mək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan, eləcə də konf­ransın rəqəmsal qlobal auditoriya platfor­masından yararlana biləcəklər.

COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, bri­finqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər. Yaşıl Zo­naya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan ediləcək.

Bilavasitə UNFCCC tərəfindən müəy­yən edilmiş tələb və prosedurlara əsasən təşkil olunan akkreditasiya prosesi Kon­vensiyanın rəsmi saytında mövcud olan qeydiyyat portalı vasitəsilə aparılmaqda­dır. Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayən­dələrinə təqdim olunacaq. Elektron plat­formada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkre­ditasiya məyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.

Hər bir COP konfransında olduğu kimi, bu il keçiriləcək COP29-a da geniş miqyasda media nümayəndələrinin qa­tılması gözlənilir. Bu səbəbdən, media iştirakçılığının səmərəli təşkilinin təmin edilməsi və bütün lazımi texniki hazırlıq­ların icrası üçün müraciətlərin qısa müd­dət ərzində təqdim edilməsi tövsiyə edilir.

Prosedurla bağlı daha ətraflı məlu­mat əldə etmək üçün mediaaccreditati­[email protected] elektron ünvanına müra­ciət oluna bilər.

XQ

Son xəbərlər