İqlim dəyişikliyi və təhlükəsiz əmək

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatı ilə əmək­daşlıq çərçivəsində “İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri” mövzusunda vebinar keçirib. Tədbirdə ölkəmizin 30-dan çox qurumunun nümayəndələri, BƏT-in mütəxəssisləri iştirak ediblər.

Bu barədə XQ-yə verilən məluma­ta görə, müzakirə iqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri, habelə BƏT-in fundamental kon­vensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyəti barədə maarifləndirmə məqsədi daşıyıb. On­layn məclisdə ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin fə­sadlarına qarşı mübarizə sahəsində mühüm töhfələr verdiyi, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfran­sının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçiriləcəyi qeyd edilib. 

Natiqlər Azərbaycanda layiqli əmə­yin təminatı, o cümlədən işçilərin sağ­lamlığının mühafizəsinin əsas prioritet­lərdən olduğunu vurğulayıblar. BƏT-in fundamental konvensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyətindən də bəhs olunub. Hə­min konvensiyalar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı milli qanun­vericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar, qanunvericilikdəki son dəyişikliklər diqqətə çatdırılıb. İqlim dəyişikliyi fonunda əməyin mühafizə­si şəraitinin təmin edilməsi qaydaları barədə məlumat verilib. 

XQ

Son xəbərlər