Sərhəd danışıqları davam edir

post-img

Müvafiq razılaşmalara əsasən, komissiyalar “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası ara­sında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər. 

2024-cü il iyulun 1-nə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsas­namənin layihələrinin mübadiləsini hə­yata keçirib və bir sıra müzakirələr apa­rıblar. Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tez­liklə başa çatdırılması planlaşdırılır.

Son xəbərlər