Azərbaycanın sədrliyi ilə TÜRKPA-nın ilk iclası keçirilib

post-img

İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Plenar iclası keçirilib. İclas “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusuna həsr olunub. 

İclasa Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edib. O, qardaş türk dövlətlərinin parlament sədrlərini, bü­tün nümayəndə heyətlərini salamla­yaraq, iclas çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlən­məsinə təkan verəcəyinə inamını ifadə edib. 

Prezident İlham Əliyevin cari il fev­ralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini iclas iş­tirakçılarının diqqətinə çatdıran Milli Məclisin Sədri vurğulayıb ki, Türk döv­lətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritet­lərindən biri olaraq qalmaqda davam edəcək. 

Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən S.Qafarova bildirib ki, bu təşkilatların ən böyük xü­susiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. 

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edil­diyini xatırladan spiker Sahibə Qafaro­va qeyd edib ki, son illərdə ölkəmizdə enerji təchizatında bərpa olunan ener­jinin payının əhəmiyyətli dərəcədə artı­rılması istiqamətində mühüm addımlar atılıb. 

Sonra TÜRKPA-nın 13-cü plenar iclasının gündəliyi təsdiq edilib və gün­dəlikdəki məsələlərin müzakirəsi keçi­rilib.

TÜRKPA-nın 13-cü plenar iclasın­da Bakı Bəyannaməsi qəbul edilib.

Mətbuat konfransı 

Bakıda keçirilən TÜRKPA-nın 13-cü plenar sessiyası çərçivəsində mətbuat konfransı təşkil olunub. S.Qafarova deyib ki, Azərbaycan TÜRKPA-nın fəa­liyyətdə olan sədri kimi əməkdaşlığın inkişafı naminə var gücü ilə çalışacaq.

TÜRKPA-nın 13-cü sessiyasının nəticələrinin ümumi işə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verə­cəyinə əmin olduğunu bildirən spiker deyib ki, TÜRKPA ortaq dəyərlərə sa­hib bir qurumdur və biz hamımız vahid güc kimi türk dövlətlərinin həmrəyliyi naminə birgə səylərimizi davam etdirə­cəyik.

Milli Məclisin Sədri ümidvar oldu­ğunu bildirib ki, tədbirdə “yaşıl enerji” sahəsində plenar sessiyada aparılan müzakirələr, irəli sürülən təkliflər öz töhfəsini verəcək.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər