Sosial uğurlarımız Beynəlxalq Əmək Konfransında

post-img

Cenevrədə Beynəlxalq Əmək Təşkilatına üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 112-ci sessiyası keçirilir. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək təşki­latın yenilənmiş Qlobal Sosial Müqavilə təşəbbüsünün əhəmiyyətini qeyd edib. O, BƏT-in prinsiplərinə uyğun olaraq ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində sosial tərəfdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. 

Nazir DOST konsepsiyasının və son illər sosial sahədə icra edilən geniş elekt­ronlaşdırma proqramının, əmək və məş­ğulluq sahəsində aparılan siyasətin BƏT-lə sıx əməkdaşlıqda həyata keçirildiyini vurğulayıb. 

Sahil Babayev Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edəcəyi, COP29-un BƏT-in gündəliyini daha irəli aparmaq üçün faydalı platforma olacağını diqqətə çatdırıb. 

*** 

Sahil Babayev sessiya çərçivəsində Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşüb. Söhbət zamanı iki nazirlik arasında əmək və sosial mü­dafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın bu il mayın 30-da Bakıda keçirilən 11-ci iclasının əlaqələrin daha da genişlənməsində önəmi qeyd edilib. Sonra S.Babayev Moldovanın so­sial müdafiə naziri Aleksey Buzunu Bey­nəlxalq Əmək Konfransının builki sessi­yasının prezidenti seçilməsi münasibətilə təbrik edib. İsveçrə Konfederasiyasının dövlət katibi Boris Zürxerlə görüşdə iki ölkə arasında əmək və məşğulluq sahə­sində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün böyük potensial olduğu bildirilib. 

Z.HÜSEYNOVA
XQ

Son xəbərlər