Ceyhun Bayramovun isveçrəli həmkarı ilə telefon danışığı

post-img

İyunun 6-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Xarici İşlər naziri İqnasio Kassis arasında telefon danışığı aparılıb.

Telefon danışığı zamanı iki ölkə ara­sında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çər­çivəsində görülən işlər müzakirə edilib.

XQ

Son xəbərlər