Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının may ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. Məlumatı DİN mətbuat xidməti verib.
Qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 8 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib.
Binəqədi RPİ-nin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının may ayında keçirdikləri tədbirlərlə isə narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən 2 sürücü aşkarlanıb. Tədbirlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 27 sürücü müəyyən edilərək barələrində tədbir görülüb, həmçinin yol polisləri tərəfindən 1 ədəd “Kalaşnikov” avtomatı aşkar olunub.
P.ƏMİRCANOV
XQ