Kiyev Pekinin Rusiyanın iştirakı ilə sülh sammiti keçirmək təklifinə cavab verib

post-img

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyası ilə sülh sammiti təklifindən sonra Çini İsveçrəyə dəvət edib.

Kiyev Pekinin Rusiyanın iştirakı ilə sülh sammitinin keçirilməsi təklifinə cavab verib. Ukrayna Xarici İşlər Nazirliyi Çin nümayəndələrini respublika prezidenti Vladimir Zelenskinin “sülh formulu” üzrə İsveçrə sammitində iştirak etməyə dəvət edib.

“ÇXR-in ali nümayəndəsinin sammitində iştirakı Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə və onun ərazi bütövlüyünün bərpasına əməli töhfə vermək üçün yaxşı fürsət ola bilər”, - nazirlik qeyd edib.

S.ELAY

XQ

 

Dünya