Azərbaycan – Səudiyyə Ərəbistanı: “yaşıl enerji” əməkdaşlığı

post-img

İyunun 4-də xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.

İki ölkə arasında ikitərəfli və çoxtərəf­li əməkdaşlıq gündəliyinin müxtəlif as­pektləri müzakirə edilib. Nazirlər iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

Ceyhun Bayramov postmünaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi dəstəyin əhəmiy­yətini qeyd edib, Azərbaycanın işğal­dan azad edilmiş ərazilərində minalarla çirklənmənin mümkün mənfi təsirləri­nin aradan qaldırılması və ölkəmizin minatəmizləmə fəaliyyəti istiqamətində göstərilən 3 milyon ABŞ dolları məb­ləğində dəstəyə görə minnətdarlıq bil­dirib. 

Bununla yanaşı, BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası­na (COP29) Azərbaycanın prezident­liyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan məmnunluq ifadə edi­lib, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Həmin gün xarici işlər naziri Cey­hun Bayramov Birləşmiş Ərəb Əmir­liklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə də telefonla danışıb. 

Ölkələrimiz arasında strateji tərəf­daşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regi­onal və beynəlxalq məsələlər müzakirə olunub.

Bununla yanaşı, ərazilərimizin mi­nalanması problemi ilə mübarizə is­tiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilməsinə görə qarşı tərəfə təşəkkür edilib. 

Bakı Enerji Həftəsi çərçivəsində iyu­nun 4-də Neftçala və Biləsuvar elekt­rik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin “Masdar” şirkəti arasında im­zalanan üç bərpaolunan enerji layihələri üzrə Səhmdarlar Sazişinin iki ölkə ara­sında sərmayə sahəsində əməkdaşlığı­nın genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.

XQ



Son xəbərlər